Bu gün:

Uşaqlara palçıqla oynamaq niyə faydalıdır?


Uşaqlar oynayarkən paltarları çirklənsə də, bu, onları heç narahat etmir. Xüsusilə, gölməçə onlar üçün inanılmaz həzz mənbəyinə çevrilə bilər. Palçıqlı gölməçələr analar üçün stressə səbəb olsa da, uşaqları maqnit kimi cəlb edir. Bilirsinizmi ki, çirklənmək uşaqların sağlamlığına böyük təsir göstərir?

Əvvəllər valideynlər övladlarının ən gözəl paltarı çirklənməsin deyə tez-tez “paltarlarını çirkləndirmə” deyərək həmişə qışqırardılar. Küçələrdə və ya parklarda qaçan, ağaclara dırmaşıb palçıqlı gölməçələrdə oynayan uşaqların ağ paltarlarının gün bitməmiş qəhvəyi rəng olması qaçılmaz idi.

Bu gün isə vəziyyətin əksinə olduğunu söyləmək mübaliğə olmaz. İndi bir çox valideynlər gizli şəkildə uşaqlarının bir az açıq havada oynamasını, üstlərinin çirklənməsini istəyirlər. Kompüter oyunlarının və sosial medianın cəlbediciliyi səbəbindən uşaqlarımızın təbiətlə təması keçmişlə müqayisədə çox məhdudlaşır. Onların bir çoxunun paltarlarıni palçıqla çirkləndirməyə belə imkanı yoxdur.

Aparılan araşdırmaya görə, çöldəki palçıq və torpağın immunitet sistemini gücləndirən mikroorqanizmlərlə dolu olduğu müşahidə edilib. Bu, allergiya, astma, hətta depressiya, narahatlıq da daxil olmaqla bir çox xəstəliklərə qarşı müqaviməti təmin edir.

Uşaqların çöldə oynamasının psixoloji faydaları artıq çoxlarına məlumdur. Beynimiz təbii olaraq inkişaf edib və idrak sistemlərimiz açıq havaya daha uyğundur. Bu o deməkdir ki, beynimiz yorulduqda açıq havada təbiətdə gəzməyə ehtiyacımız var, çünki təbii mühitlər zehnimizi doldurmaq üçün lazımi səviyyədə stimul verir.

Bu müsbət sağlamlıq təsirlərinə əlavə olaraq, çöldə oynamaq  öyrənmə təcrübələri təmin edə bilər. İtaliyanın Palermo Universitetindən uşaq nöropsikiyatriyası üzrə mütəxəssis və müəllim Françesko Vitrano bu növ terapiyanın tətbiqində təcrübəlidir. Məsələn, Vitrano deyir ki, palçıq və qum kimi materialların yoğurulması və formalaşdırılması uşaqların hissiyyatını və sensorimotor inkişafı kimi tanınan hərəkətin qarşılıqlı təsirlərini yaxşılaşdırır.

 Bu, uşağa tədricən bədən dilini anlamağa kömək edir.

Mənbə: Habertürk 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et