Bu gün:

Yunan mifologiyasında tanrıların adları və simvolları


Klassik Yunan mifologiyası Qədim Yunanıstanda kainatın yaranma prosesi, tanrıların, ilahələrin və qəhrəmanların həyatından bəhs edir. Klassik Yunan Mifologiyasında tanrıların və ilahələrin əsas məkanı olaraq qəbul edilən Olimpiya Yunanıstanın ən yüksək zirvəsini təşkil edən Thessaly bölgəsində 2919 m yüksəklikdə yerləşən dağdır.

Tanrıların tanrısı Zevs- Zevs atası Kronosu məğlub etdikdən sonra qardaşlarını xilas etmiş və bu tanrıların kainatdakı hökmranlığını təmin etmişdir. Ən güclü tanrı olaraq bilinən Zevs həm də Roma mifologiyasında da Yupiter kimi adlandırılır. Hava elementini təmsil edən Zevs üçün Hesiod “İşlər və Günlər” kitabında qayğısız, müdrik, ədalətli və mərhəmətli kimi xarakterizə etmişdir. Qartal və ildırım Zevsin simvollarından biridir.

Hera- Zevsin bacısı olaraq tanınan Hera ailə və evlilik ilahəsidir. Roma mifologiyasında Juno kimi tanınır. İnək gözlü kimi tanınan Heranın simvolları əsasən, inək, tovuz quşu, nar və tacdır. Tanrıların kraliçası kimi tanınan Hera səmanı təmsil edir.

Afina - Müharibə ilahəsi kimi tanınır. Anası Aegis tərəfindən hazırlanmış xüsusi qalxanından istifadə edir. Poseydon ilə rəqabətdə zeytun ağacını yaradan Afina həm də Meduzanı lənətləyən tanrıçadır. Roma mifologiyasında Minerva kimi tanınan ilahənin  simvolları bayquş, qalxan və Meduzanın başıdır.

Poseydon - Zevs Kronosu məğlub etdikdən sonra qardaşlarını da xilas etməsi ilə Poseydon dənizlərin tanrısı oldu. Dənizlər Poseydonun hakimiyyəti altında olmaqla yanaşı, zəlzələ tanrısı kimi də tanınır. Roma mifologiyasında Neptun adlanan Poseydonun simvolları üçbucaqlı dəyənək, dəniz və atdır.

Apollon- Əkiz tanrılardan biri olan Apollon  günəş və işıq tanrısıdır. Musiqi və incəsənətin də tanrısı kimi mifologiyada məşhurdur. Günəşi təmsil edən Apollonun simvolu yay və liradır.

Artemida- Apollonun əkiz bacısı olan Artemida Anadolunun köklərində olan Ana İlahə kultunun davamı olaraq da tanınır. Ana ilahə, Artemida və Məryəm üçlüyü, xüsusilə, Efesdə bir-birinin davamıdır. Artemida mifologiyada Diana adı ilə də tanınır. Ay və ov ilahəsi olan Artemidanın ən məşhur simvolları maral və yaydır. Torpağı, ana ilahəni və məhsuldarlığı simvollaşdırır.

Hermes- Zevsin elçisi olaraq bilinən Hermes Zevs və Mayanın oğludur. Roma mifologiyasınında Merkuri kimi adlanan Hermes tanrılar arasında ən sürətlisidir. Qanadlı sandaletlər və tısbağalar onun simvollarıdır. Onun əlində kerykaion adlı əsa var.

Afrodita- Gözəllik və sevgi ilahəsi eros ilə təmsil olunur. Bəzi mənbələrə görə, oxları ilə hamını bir-birinə aşiq edən Eros tanrısının anasıdır. Roma Venerası kimi tanınan tanrıçanın simvolları arasında qızılgül, güzgü və göyərçin yer alır.

Ares- Zevs və Heranın oğlu kimi bilinən Ares müharibə tanrısıdır. Yunan mifologiyasında çox məşhur bir ilah olmasa da, Romada çox əhəmiyyətli bir tanıdır. O, əlində nizə və dəbilqə kimi simvolları ilə tanınır.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et