Bu gün:

Jensen Huang “Nvidia”nın rəhbəri vəzifəsinə qayıtmağa hazır olduğunu bildirib


“ Nvidia” şirkətinin keçmiş baş direktoru Jensen Huang idarə heyəti onu yenidən bu vəzifəyə dəvət edərsə, təklifi məmnuniyyətlə qəbul edəcəyini bildirib.

24media.az “The Guardian”a istinadən xəbər verir ki, “Nvidia” şirkətinin keçmiş baş direktoru Jensen Huang istefasından sonra ilk açıqlamasını verərək vəzifəsinə qayıtmağa hazır olduğunu bildirib.


“The Wall Street Journal” və CNBC-yə təqdim etdiyi bəyanatında Huang bildirib: “Direktorlar Şurası mənim geri qayıtmağımın səhmdarlarımızın, əməkdaşlarımızın, şirkətin və Amerikanın maraqlarına uyğun olduğuna qərar verərsə, bu çağırışlara cavab verməkdən və baş direktor vəzifəsinə qayıtmaqdan şərəf duyaram”.


Xatırladaq ki, Huang ötən həftə Çin casusu olduğu iddia edilən qadınla və ona tabe olan bir neçə əməkdaşla münasibətləri ətrafında yaranan qalmaqaldan sonra vəzifəsindən istefa verib.


“The Financial Times” və “The Wall Street Journal” nəşrlərinin məlumatına görə, “Nvidia”nın Direktorlar Şurası Huangın vəzifəsinə qaytarılmasını nəzərdən keçirmir.


Bununla yanaşı, şirkətin çərşənbə axşamı birja əməliyyatları başa çatdıqdan sonra rüblük maliyyə nəticələrini açıqlaması gözlənilir. Bundan sonra analitiklərin və investorların Huangın şirkətdəki gələcəyi ilə bağlı suallar ünvanlayacağı ehtimal olunur.



Fərid Tapdıqov





Paylaş
Şərh əlavə et