Bu gün:

Finlandiya körfəzi üzərində sərnişin təyyarəsi çevrilib


Sankt-Peterburqdan Kalininqrada uçan Airbus A319 sərnişin təyyarəsi sol mühərrikinin sıradan çıxması səbəbindən Pulkovo hava limanına təcili eniş edib. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Təyyarə havaya qalxdıqdan 40 dəqiqə sonra uçuşa başladığı hava limanına təhlükəsiz şəkildə geri qayıdıb.

Təyyarənin eniş zamanı

24media.az News.ru saytına istinadən xəbər verir ki, pilotların təyyarəni geri qaytarmaq qərarı verdiyi zaman hava gəmisi təxminən 1400 metr yüksəklikdə olub. Manevr Finlandiya körfəzi üzərində həyata keçirilib. Daha sonra təyyarə Pulkovo hava limanına qayıdaraq təhlükəsiz eniş edib.

Qeyd edək ki, bundan əvvəl Amerikanın United Airlines aviaşirkətinin sistemində ciddi texniki nasazlıq qeydə alınıb. Bu səbəbdən aviaşirkət uçuş xidmətlərində fasilələrin yarandığını açıqlayıb.

Təhlükəsizlik məhdudiyyətləri səbəbindən Moskvaya istiqamətlənən 10-dan çox reys alternativ hava limanlarına yönləndirilib. Şarm əl-Şeyx, Dubay, Krasnodar, Səmərqənd və İstanbuldan Vnukovo hava limanına uçan altı reys isə Sankt-Peterburq və Nijni Novqorod şəhərlərinə yönləndirilib.

Əli Balayev 

Paylaş
Şərh əlavə et