Bu gün:

Müdafiə Nazirliyi Qara dənizdə yük gəmisinə edilən PUA hücumunun təfərrüatlarını açıqlayıb


Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıdığı bildirilən quru yük gəmisi hücuma məruz qalıb. Rusiya Müdafiə Nazirliyi, həmçinin Ukrayna ordusunun müxtəlif istiqamətlərdə itkiləri və Dnepropetrovsk yaxınlığında iki lokomotivin vurulması barədə məlumat yayıb.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin binası

24media.az News.ru saytına istinadən xəbər verir ki, hesabatda Ukrayna Silahlı Qüvvələri üçün hərbi və ikili təyinatlı yüklər daşıyan quru yük gəmisinin dənizdə hərəkəti zamanı vurulduğu qeyd olunub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi noyabrın 14-dən 15-dək Ukrayna ordusunun təxminən 1120 hərbçi itirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri Şimal qüvvələr qrupunun məsuliyyət zonasında 150-yə qədər, Qərb istiqamətində 210, Cənub istiqamətində 180-dən çox, Mərkəz istiqamətində isə 350-yə qədər olub. Şərq istiqamətində itkilərin 200-dən, Dnepr istiqamətində isə 30-dan çox olduğu bildirilib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-nə keçən gecə Dnepropetrovsk dəmir yolu stansiyası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün istifadə edildiyi bildirilən iki lokomotivin pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.


Əli Balayev 

Paylaş
Şərh əlavə et