Bu gün:

İranın Trampa PUA ilə hücum planlaşdırdığı iddia olunur


İsrail mətbuatı Mossadın İranın ABŞ Prezidenti Donald Trampı və yüksək vəzifəli amerikalı rəsmiləri PUA-larla hədəf almaq planı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məlumat verdiyini iddia edib.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, “Israel Hayom” qəzetinin adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Mossadın təqdim etdiyi kəşfiyyat məlumatları başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqlənib.

Bildirilib ki, bu məlumatlar ABŞ və İran arasında razılaşma əldə olunması ehtimalını azaldan amillərdən biridir.

Məlumata əsasən, xəbərdarlıqdan sonra risk altında hesab edilən ABŞ rəsmilərinin açıq hava tədbirlərində iştirakı məhdudlaşdırılıb, bəziləri isə müvəqqəti olaraq təhlükəsiz obyektlərə köçürülüb. Trampın ictimai tədbirlərində də əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü iddia olunur.

Qeyd edək ki, Mossadın direktoru Roman Qofman İranla bağlı mümkün hərbi əməliyyatları müzakirə etmək üçün Vaşinqtona səfər edib. “Axios” nəşrinin məlumatına görə, səfər İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Trampa təzyiq göstərdiyi dövrə təsadüf edib.



Fidan Mənsimova

Paylaş
Şərh əlavə et