Hamı depressiyada olmağın necə bir hiss olduğunu bilir və ya bir gün biləcək. Məhz buna görə də depressiya tez-tez "ruxi xəstəliklərin zökkümü" adlandırılır. Bu bənzətmə qrip və ya bakterial infeksiyadan əziyyət çəkərkən nə üçün depressiyaya düşdüyümüzü başa düşmək üçün bəzi fundamental ipuçları verir. Bakteriyalar bədənimizin sitokinlər adlanan qədim kimyəvi mübarizə formasını ifraz etməsinə səbəb olur. Bu sitokinlər immun sistemimizin qoruyucu arsenalının bir hissəsidir və bizi işğalçı bakteriya və ya viruslardan qoruyur. Xəstələndikdə xəstəlik davranışları nümayiş etdiririk: bədənimiz sağalmağa çalışarkən ətrafdan uzaqlaşır və daha az aktiv oluruq.
Foto: 1StunningART - stockadobe.com
24media.az Ohayo Ştat Universitetinin psixologiya, neyroelm, molekulyar virologiya, immunologiya və tibbi genetika üzrə professoru Qari L. Venkin (Gary L. Wenk) araşdırmasına əsasən xəbər verir ki, depressiya simptomları təkamül prosesində orqanizmin infeksiyalardan sağ çıxmasını təmin etmək üçün formalaşıb. İllər boyu depressiyanın serotonin neyronlarının disfunksiyasından qaynaqlandığı güman edilsə də, nevroloqlar artıq bunun depressiyanın təbiətini anlamamağımızdan irəli gəldiyini anlayırlar. Depressiyaya bənzər davranışların bədəndə və beyində sitokinlərin sərbəst buraxılması nəticəsində yaranması düşünülür. Depressiyanın bu qədər geniş yayılması onun ilkin olaraq infeksiyalardan sağ çıxmağımıza və sağlam olmağımıza kömək etmək üçün təkamül etməsi ilə əlaqədar ola bilər.
Bəzən sitokinlər və digər iltihab əleyhinə kimyəvi maddələr uzun müddət ərzində qeyri-adi şəkildə ifraz olunaraq çox davam edən xəstəlik davranışlarına səbəb olur. Son elmi tədqiqatlar göstərir ki, depressiya zamanı beyində sitokinlərin tətiklədiyi proseslər aktiv olur. Bir neçə il əvvəl standart antidepressant dərmanların sitokinlərin depressiv təsirlərinə qarşı dura bilən iltihab əleyhinə təsirlər göstərdiyi aşkar edilmişdir. Bu baxış həm də həmin dərmanların piy çəkisi olan insanlarda nə üçün az effektiv olmasını izah edə bilər, çünki onların beyinlərində iltihab səviyyəsi olduqca yüksəkdir.
Piylənmə və depressiya əlaqəsi
ABŞ-də depressiya halları demək olar ki, piylənmə səviyyəsi qədər yüksəkdir. Tədqiqatlar göstərir ki, piylənmədən əziyyət çəkən şəxslərdə normal çəkisi olanlarla müqayisədə depressiyaya tutulma riski 32 faiz daha çoxdur. Piylənmə depressiya riskini artırır, depressiya isə gələcəkdə piylənmə ehtimalını proqnozlaşdırır ki, bu da qarşılıqlı əlaqəni vurğulayır.
Piylər tərəfindən istehsal olunan yüksək leptin səviyyəsi daha çox depressiv əlamətlərlə əlaqələndirilir. Bundan əlavə, yağ hüceyrələrinin ifraz etdiyi iltihabkəsici zülallar beyinə səyahət edərək hippokampus daxilində neyrogenezis prosesini azaldır. Azalmış neyrogenezis güclü şəkildə depressiya ilə əlaqəlidir; neyrogenezisin bərpası isə əhval-ruhiyyənin yaxşılaşması ilə əlaqələndirilir.
Həkimlər depressiyadan əziyyət çəkən xəstələrə mütəmadi olaraq arıqlamağı tövsiyə edirlər. Tədqiqatlar göstərir ki, kalori məhdudiyyəti olan pəhrizlər kök xəstələrdə depressiv simptomları azaldır. Gələcək antidepressant terapiyaları artıq serotonin, norepinefrin və ya dopaminə diqqət deyil, beyin iltihabını azaldan dərmanlara yönəldiləcək.
Fatimə Salmanlı
