Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreslə Antalyada görüşüb.
24media.az Trt Xəbərə istinadən xəbər verir ki,Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, görüşdə regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan Türkiyə olaraq COP31-ə sədrliyi öz üzərinə götürməkdən məmnunluq duyduqlarını, uğurlu konfransın keçirilməsi üçün lazımi hazırlıqların tamamlandığını və Türkiyədə keçiriləcək toplantının iqlimlə bağlı problemlərin həlli istiqamətində yeni başlanğıc nöqtəsi olmasını arzuladığını bildirib.
O, Türkiyənin İran-ABŞ anlaşmazlığı ilə bağlı gərginliyin azaldılması, problemlərin razılaşma və diplomatiya yolu ilə həll edilməsi üçün region ölkələri ilə birlikdə səylərini davam etdirdiyini ifadə edib.
Prezident Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində də çalışdığını və yeni dialoq prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Ərdoğan və Quterres görüş zamanı Qəzza, Kipr və Liviyadakı son vəziyyəti də müzakirə ediblər.
Nəzrin Nəsirova
