Bu gün:

Qətər ABŞ və İran arasında diplomatik danışıqları davam etdirir


Qətər ABŞ və İran arasında mövcud gərginliyin azaldılması məqsədilə diplomatik vasitəçilik səylərini davam etdirir. Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani bildirib ki, tərəflər arasında danışıqlarda müəyyən irəliləyiş əldə olunub və razılığa gəlmək hələ də mümkündür.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, ABŞ administrasiyası aralıq seçkilərdən sonra da İranla razılaşma əldə etməyə maraq göstərir. O, tərəfləri mükəmməl deyil, real və həyata keçirilə bilən razılaşma əldə etməyə çağırıb.

Bölgədə gərginliyin artması ilə bağlı narahatlıqlar davam edir. İran mümkün yeni hücumlara cavab verəcəyini bəyan edib. Qətər isə diplomatik danışıqlar vasitəsilə vəziyyətin daha da kəskinləşməsinin qarşısını almağa çalışır. 

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et