Kral Karib turu çərçivəsində Britaniya hakimiyyəti tərəfindən zorakılıqla yatırılmış Qayanadakı qul üsyanının baş verdiyi yeri təsirli bir səfərlə ziyarət edib.

24media.az BBC News-a istinadən xəbər verir ki, Böyük Britaniya kralı III Çarlz 1823-cü ildə baş vermiş Demerara Qul Üsyanını yad etmək üçün Corctaun şəhərində yerləşən Müstəqillik Parkına gedib.
Qayana Mədəniyyət naziri Stiven Ceykobsun müşayiəti ilə gələn krala üsyan zamanı müstəmləkə rəhbərləri tərəfindən yüzlərlə qulun öldürüldüyü barədə məlumat verilib. Həmçinin bildirilib ki, sağ qalan üsyançıların bir çoxu kralın dayandığı yerin yaxınlığında edam edilib.
Nərmin Nəcəfova
