Bu gün:

Serbiyada tələbələr hökumət qurmağa hazırlaşır


Serbiyada seçkilərdə qələbə qazanan Tələbə Siyahısı hərəkatı yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlamağa hazırlaşır. Vahid lideri və idarəetmə təcrübəsi olmayan hərəkat ölkədə uzun illər davam edən hakimiyyətdən sonra cəmiyyəti yenidən qurmağı hədəfləyir.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Hərəkatın tərəfdarları bazar ertəsi Serbiyanın küçələrinə çıxıblar. Buna səbəb keçmiş prezident Aleksandar Vuçiçin həftəsonu keçirilən seçkilərdə böyük fərqlə məğlub olması olub.

Vuçiç bazar günü gecə məğlubiyyətini etiraf edib. Bununla da onun Serbiya siyasətində uzun illər davam edən hakimiyyəti qəfil sona çatıb.

Seçkilərdəki nəticə Novi Sad şəhərində dəmir yolu stansiyasının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə nəticələnən hadisədən sonra başlayan, iki il davam edən hökumət əleyhinə etirazların fonunda qeydə alınıb.

Hökumətdə təcrübəsi olmayan Tələbə Siyahısı hərəkatı Balkan ölkəsində cəmiyyəti yenidən qurmağı və 14 il ərzində getdikcə daha avtoritar xarakter alan millətçi idarəçilikdən sonra siyasi dəyişikliklərə nail olmağı qarşısına məqsəd qoyub.


Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et