Bu gün:

MDU-da təhsil tələbə kreditləri ilə bağlı maarifləndirici görüş keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə tələbələrin maarifləndirici görüşü keçirilib.

24media.az xəbər verir ki, oktyabrın 27-də keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin məqsədi tələbələrə güzəştli maliyyə dəstəyi imkanları barədə məlumat vermək və ali təhsilə əlçatanlığı artırmaq olub.

MDU-nun rektoru Anar Eminov çıxışında təhsil tələbə kreditlərinin gənclərin ali təhsil imkanlarının genişləndirilməsində və sosial bərabərliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Bəhruz Əzimov Fondun fəaliyyəti, sosial və standart təhsil tələbə kreditlərinin şərtləri, müraciət və rəsmiləşdirmə qaydaları, kreditlərin geri qaytarılması və akademik göstəricilərə əsaslanan güzəştlər barədə məlumat verib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, kreditlərdən yararlanmaq və müraciət prosedurları ilə bağlı praktiki izahlar təqdim olunub.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et