İsraildə keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi əsas müzakirə mövzusuna çevrilib. 27 oktyabr tarixində başlayan səsvermənin nəticələrinin ölkənin gələcək siyasi istiqamətinə ciddi təsir göstərəcəyi gözlənilir. Rəy sorğuları Netanyahunun rəhbərlik etdiyi Likud partiyası və onun sağçı müttəfiqləri ilə keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun rəhbərlik etdiyi siyasi qüvvələr arasında rəqabətin gərgin olduğunu göstərir. 

24media.az Reuters-ə istinadən xəbər verir ki, Netanyahu seçki kampaniyasında ölkənin təhlükəsizliyini və müharibə dövründəki rəhbərliyini ön plana çıxarıb. Onun əsas rəqiblərindən olan Eyzenkot isə hökumətin siyasətini tənqid edərək siyasi dəyişikliklərin vacibliyini vurğulayıb. Seçkilərdə heç bir siyasi qüvvənin parlamentdə mütləq üstünlük əldə edəcəyinə dair dəqiq proqnoz yoxdur.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, təxminən 7,3 milyon vətəndaş səsvermə hüququna malikdir. Əgər rəqib siyasi qüvvələrdən heç biri hökumət formalaşdırmaq üçün kifayət qədər dəstək toplaya bilməsə, ölkədə yeni seçkilərin keçirilməsi məsələsi gündəmə gələ bilər. 
Emiliya Vəlicanova
