Rusiya müstəqil mediasının tanınmış nümayəndələrindən biri olan “Novaya Gazeta” qəzeti artan hakimiyyət təzyiqləri, hüquqi məhdudiyyətlər və maliyyə problemləri səbəbindən 30 ildən artıq davam edən fəaliyyətini noyabrın 9-da dayandıracağını açıqlayıb.

24media.az Reuters-ə istinadən xəbər verir ki, nəşr son illərdə bir sıra məhdudiyyətlərlə üzləşib. Qəzetin internet saytı bloklanıb, media fəaliyyəti üçün verilən lisenziyası ləğv edilib. Jurnalistlərə qarşı hüquqi tədbirlər və maliyyə dəstəyinin dayandırılması da redaksiyanın işini çətinləşdirib.
Redaksiyanın açıqlamasına görə, qəzet noyabrın 9-da ofisini bağlayacaq və serverlərini söndürəcək. “Novaya Gazeta” araşdırma yazıları və hakimiyyət orqanlarını tənqid edən materialları ilə tanınıb.
Qəzetin bağlanması Rusiyada mətbuat azadlığı və müstəqil medianın gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Emiliya Vəlicanova
