"Mercedes" komandasının gənc pilotu Kimi Antonelli səhhətində yaşanan problem səbəbindən Meksika Qran-prisi öncəsi keçirilən media gününə qatıla bilməyib. İlk dünya çempionluğuna çox yaxın olan italiyalı sürücünün virus infeksiyasına yoluxduğu bildirilir.
"Mercedes" komandasının pilotu Kimi Antonelli
24media.az BBC.com-a istinadən xəbər verir ki, "Mercedes" komandası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) istirahət etməsinə şərait yaratmaq məqsədilə Antonellinin cümə günündən etibarən yenidən trasda olacağını açıqlayıb.
Qeyd edək ki, Antonelli bazar günü keçiriləcək Qran-pridə komanda yoldaşı Corc Rassell və "Ferrari" pilotu Lyuis Hemiltonla xal fərqini qoruyacağı təqdirdə Formula 1 tarixinin ən gənc çempionu adını qazanacaq. Eyni zamanda "Cadillac" pilotu Valtteri Bottas da xəstəlik səbəbindən media günündə iştirak etməyib.
Fatimə Salmanlı
