2026-cı il oktyabrın 28-də Səudiyyə Ərəbistanındakı böyük neft emalı zavoduna hücum edildiyi barədə xəbərlərdən sonra dünya bazarında neft qiymətləri 1 faizdən çox artıb. Reuters agentliyinin məlumatına görə, Yəməndə fəaliyyət göstərən və İranla müttəfiq olan husilər oktyabrın 27-də Səudiyyə Ərəbistanının ən böyük neft emalı müəssisəsi olan Ras Tanura kompleksinə ballistik raketlə zərbə endirdiklərini bildiriblər.

24media.az Reuters-ə istinadən bildirir ki, gündəlik 550 min barel neft emalı gücünə malik olan müəssisə ölkənin enerji infrastrukturu və neft ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Səudiyyə Ərəbistanının rəsmi qurumları hücumun zavoda dəydiyini dərhal təsdiqləməyiblər.
Hadisədən sonra Brent markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 115,47 dollara, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 101,33 dollara yüksəlib. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin artması neft tədarükündə fasilələr yaranması ilə bağlı narahatlıqları gücləndirir.
Mütəxəssislərin fikrincə, regionda münaqişənin daha da genişlənməsi enerji bazarlarında qeyri-sabitliyi artıra bilər.
Emiliya Vəlicanova
