Bu gün:

Harri Keyn Mbappenı cəmi 28 xal qabaqlayaraq "Qızıl top"un qalibi olub


Futbol üzrə kişilər arasında "Qızıl top" (Ballon d'Or) mükafatının qalibi olan Harri Keyn ikinci yeri tutan Kilian Mbappe üzərində cəmi 28 xallıq fərqlə qələbə qazanıb ki, bu da nüfuzlu mükafat tarixçəsində ən gərgin mübarizələrdən biridir.

İngiltərəli hücumçu Harri Keyn "Qızıl top" mükafatını qazandıqdan sonra səhnədə təqdimat zamanı çıxış edərkən.

24media.az BBC.com-a istinadən xəbər verir ki, İngiltərə millisinin kapitanı Keyn 1,055 xal topladığı halda, "Real Madrid"in fransız hücumçusu Mbappe 1,027 xalda qərarlaşıb. "Bavariya"nın hücumçusu Keyn 2001-ci ildə Maykl Oyuendən sonra bu mükafatı qazanan ilk ingilis futbolçu olub. İspaniya təmsilçisi Lamin Yamal isə 881 xalla üçüncü yeri tutub.  

Bu nəticə 2019-cu ildə Lionel Messinin Vircil van Deyki cəmi 7 xal qabaqlamasından bəri ən kiçik xal fərqi kimi tarixə düşüb. Xatırladaq ki, tarix ərzində "Qızıl top" mükafatının taleyi iki dəfə cəmi 1 xallıq fərqlə həll olunub: 1966-cı ildə Bobbi Çarlton Eyzebionu, 1996-cı ildə isə Mattias Zammer Ronaldo Nazarionu məhz 1 xal fərqi ilə qabaqlayıb. 

Ötən mövsüm "Bavariya"nın heyətində 65 matçda 73 qol vuraraq komandasına daxili çempionat və kubok qazandıran, həmçinin İngiltərə yığması ilə Dünya Çempionatında üçüncü olan Keyn bu uğuru ilə adını ingilis futbolu tarixinə yazdırıb. Səslənmə 100 jurnalistin iştirakı ilə xüsusi xal sisteminə əsasən müəyyən edilib və ilk "onluq"da Rodri, Lionel Messi kimi tanınmış adlar da yer alıb.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et