ABŞ-də Donald Trampın 2024-cü ildə prezident seçilməsinə kömək edən MAGA koalisiyasında parçalanma əlamətləri müşahidə olunur. CNN-in sorğusuna əsasən, 2026-cı il aralıq seçkilərində Trampın əvvəlki tərəfdarlarının bir hissəsi Demokrat namizədlərə səs verib.

24media.az CNN’ə istinadən xəbər verir ki, ABŞ-də Donald Trampın 2024-cü ildə prezident seçilməsinə kömək edən MAGA koalisiyasında parçalanma əlamətləri müşahidə olunur. CNN-in sorğusuna əsasən, 2026-cı il aralıq seçkilərində Trampın əvvəlki tərəfdarlarının bir hissəsi Demokrat namizədlərə səs verib.
Məlumatlara görə, Trampın 2024-cü il seçicilərinin təxminən 7 faizi bu dəfə Demokratları dəstəkləyib. Həmçinin, onun əvvəlki tərəfdarlarının 20 faizi hazırda prezidentin fəaliyyətini bəyənmədiyini bildirib.
Narazılığın əsas səbəbləri arasında iqtisadi vəziyyət, Trampın iqtisadi siyasəti və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda iştirakı göstərilir. Sorğuda iştirak edənlərin təxminən 27 faizi Trampın iqtisadi siyasətinin vəziyyəti daha da pisləşdirdiyini düşünür.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən birinin 2024-cü ildə Trampı dəstəkləyən seçicilərin bir hissəsinin bu dəfə Demokratlara səs verməsi olduğunu bildirib.
CNN-in SSRS təşkilatı ilə birgə keçirdiyi sorğu oktyabrın 19-dan noyabrın 3-dək təxminən 100 min seçicini əhatə edib. Trampın tərəfdarları arasında artan narazılığın gələcəkdə Respublikaçılar Partiyasına necə təsir edəcəyi isə hələlik məlum deyil.
Aydan Xudayarova
