Bu gün:

Binance platformasından 6,3 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb


Binance kriptovalyuta birjasının cüzdanlarından təxminən 6,3 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlanıb. FBI hücumun Şimali Koreya ilə əlaqəli “TraderTraitor” haker qrupu tərəfindən həyata keçirildiyini bildirib.

24media.az Reuters-ə istinadən xəbər verir ki, hadisədən sonra çoxsaylı istifadəçilər vəsaitlərini platformadan çıxarmağa başlayıblar. Binance təhlükəsizlik yoxlamaları ilə əlaqədar bəzi xidmətlərini müvəqqəti dayandırıb. Şirkət oğurluq nəticəsində yaranan maliyyə itkilərini öz ehtiyatları hesabına qarşılayacağını açıqlayıb.

Pul çıxarılması əməliyyatları bərpa olunsa da, hadisə istifadəçilər arasında rəqəmsal aktivlərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.


Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et