Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp APEC sammitində iştirak etsələr, mütləq ünsiyyət quracaqlar. O əlavə edib ki, ikitərəfli görüşlərlə bağlı razılaşmalar, adətən, tədbirin tarixinə yaxın yekunlaşdırılır.
Vladimir Putin və Donald Tramp
24media.az News.ru saytına istinadən xəbər verir ki, Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, Putin və Tramp Şençjendə olsalar, bu və ya digər formada – istər ayrıca görüşlərdə, istərsə də tədbirin kənarında – mütləq ünsiyyət quracaqlar.
Peskov daha əvvəl APEC sammiti çərçivəsində Putinlə Çin Prezidenti Si Cinpin arasında görüşə hazırlıq işlərinin aparıldığını təsdiqləyib. O, Moskvanın bu görüşü səbirsizliklə gözlədiyini bildirib.
Daha əvvəl Trampın Ukrayna Prezidenti Vladimir Zelenskini qarşıdan gələn G20 sammitinə dəvət etmək istədiyi bildirilib. G20 sammitinin dekabr ayında Florida ştatının Mayami şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır.
Əli Balayev
