Bu gün:

Ruslar 2026-cı ilin ən yaxşı yerli ifaçılarını seçiblər


Müğənni Sergey Lazarev rusiyalıların fikrincə, 2026-cı ilin ən yaxşı rusiyalı müğənniləri reytinqində birinci yeri tutub. O, respondentlərin səslərinin 20 faizini toplayıb. Basta (əsl adı Vasili Vakulenko) 17 faizlə ikinci, Qriqori Leps isə 16 faizlə üçüncü yerdə qərarlaşıb.

Sergey Lazarev

24media.az News.ru saytına istinadən xəbər verir ki, analitiklərin məlumatına görə, 2026-cı ildə Rusiyada ən yaxşı kişi müğənniləri reytinqində ilk üçlükdə Sergey Lazarev (20%), Basta (17%) və Qriqori Leps (16%) yer alıblar.

Vanya Dmitrienko və Denis Maydanov da hər biri 12 faiz səs toplayaraq ilk beşliyə daxil olublar.

Qadın müğənnilər arasında isə birinci yeri Polina Qaqarina tutub. Respondentlərin 23 faizi onu ilin ən yaxşı müğənnisi seçib. Tatyana Kurtukova 20 faizlə ikinci, Tatyana Bulanova isə 14 faizlə üçüncü olub. Sonrakı yerləri Zivert (əsl adı Yuliya Zivert) 13 faiz və Bearwolf (əsl adı Valeriya Vasilevskaya) 10 faiz səslə tutublar.

Daha əvvəl müğənnilər Filipp Kirkorov və Qriqori Lepsin qarşıdan gələn Yeni il korporativ tədbirləri üçün ən çox tələb olunan ifaçılar sırasında olduğu bildirilib. Nadejda Kadışeva, Stas Mixaylov və Tatyana Kurtukova da bu siyahıda yer alıblar.


Əli Balayev 

Paylaş
Şərh əlavə et