Britaniyalı müğənni Dua Lipa 2027-ci ildə keçiriləcək "Coachella" musiqi festivalının baş ifaçısı olacaq. O, festival tarixində bu statusu qazanan ilk britaniyalı qadın sənətçi kimi tarixə düşəcək.

24media.az BBC-yə istinadən xəbər verir ki, "Coachella 2027" festivalının proqramı açıqlanıb. Dua Lipa festivalın hər iki həftəsonunun cümə günü səhnəyə çıxacaq. Şənbə günü Tame Impala qrupu, bazar günü isə amerikalı müğənni SZA baş ifaçı olacaq.
Festival 2027-ci il aprelin 9-11-də və 16-18-də ABŞ-nin Kaliforniya ştatında keçiriləcək. Tədbirə hər gün 100 mindən çox tamaşaçının qatılacağı gözlənilir.
Festivalın builki proqramında Madonna da yer alır. O, 20 il əvvəlki ilk "Coachella" çıxışından sonra yenidən səhnəyə qayıdacaq. Bundan başqa, Zara Larsson, Fibi Bricers, Dilcit Dosanc, Kim Cisu, Kehlani, Weezer və Robin də festivalda çıxış edəcəklər.
Britaniyalı ifaçılardan EsDeeKid, Chase & Status və Corca Smit də "Coachella 2027" festivalının iştirakçıları arasındadır.
Qeyd edək ki, Dua Lipa və SZA 2024-cü ildə "Glastonbury" festivalının da baş ifaçıları olublar. Dua Lipa 2027-ci ildəki çıxışı ilə "Coachella" tarixində yeni rekorda imza atacaq.
Festivalın biletlərinin satışına noyabrın 13-də başlanacağı bildirilir.
Zəhra Məlikova
