ABŞ-nin ticarət naziri Hovard Latnik Çin casusu olmaqda şübhəli bilinən şəxsin “Nvidia” şirkətinin rəhbəri ilə əlaqələri barədə xəbərdarlıqlara baxmayaraq, tədbir görməməkdə ittiham olunur. Bu səbəbdən onun vəzifədən kənarlaşdırıla biləcəyi bildirilir.
24media.az The Guardian-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın yaxın komandasının üzvlərindən birinin yaxın vaxtlarda vəzifəsindən azad edilə biləcəyi bildirilir. Belə ki, ölkənin ticarət naziri Hovard Latnik “Nvidia” şirkəti ətrafında yaranmış casusluq qalmaqalına münasibətdə hərəkətsizlikdə ittiham olunur.
Cümə axşamı “Nvidia” şirkətinin rəhbəri Censen Huanq istefa verib. Onu müvəqqəti olaraq şirkətin maliyyə direktoru Kolet Kress əvəzləyib. Bu qərar Huanqın bir neçə qadınla münasibətdə olması barədə məlumatların yayılmasından sonra qəbul edilib. Həmin şəxslər arasında Çin casusu olmaqda şübhəli bilinən Elis Huanqın da adı çəkilir. Onun Censen Huanqla qohumluq əlaqəsi olmadığı bildirilir.
ABŞ kəşfiyyatının Censen Huanqın Çin casusu olmaqda şübhəli bilinən Elis Huanqla əlaqələri barədə hazırladığı hesabatın Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri arasında yayıldığı məlum olub. Bu məlumatdan sonra Hovard Latnikə qarşı təzyiqlər daha da artıb.
Hovard Latnikin yaxın həftələrdə Konqresdə keçiriləcək dinləmələrdə vəzifəsindən kənarlaşdırılmış “Nvidia” rəhbəri ilə birlikdə ifadə verməsi gözlənilir.
Fərid Tapdıqov
