Bu gün:

İran ilk nüvə sintezi qurğusunu istifadəyə verməyə hazırlaşır


İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslaminin sözlərinə görə, iranlı mütəxəssislər yerli texnologiyalar əsasında termonüvə sintezi qurğusu hazırlayıblar və onun yaxın vaxtlarda fəaliyyətə başlaması planlaşdırılır.

24media.az News.ru saytına istinadən xəbər verir ki, Eslaminin sözlərinə görə, İranın müxtəlif sənaye sahələri, xüsusilə enerji istehsalı və tibb üçün nəzərdə tutulan ilk nüvə sintezi qurğusu tezliklə fəaliyyətə başlayacaq.

Eslami konkret olaraq hansı növ qurğudan bəhs etdiyini açıqlamayıb. O, həmçinin qurğunun nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı dəqiq tarix verməyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə bir müddət əvvəl Tehranın zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razı olmayacağını bildirib. O, bu materialın milli sərvət olduğunu və ölkənin daxili ehtiyacları üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Rzayi hakimiyyətin hətta ən az miqdarda nüvə materialının belə ölkədən çıxarılmasına icazə verməyəcəyini qeyd edib.


Əli Balayev 

Paylaş
Şərh əlavə et