Cənubi Koreyada vergi məsləhətçisi olmaq üçün keçirilən imtahanda ən yüksək nəticəni göstərən namizəd köçürdüyünü etiraf edib.

24media.az BBC-yə istinadən xəbər verir ki, 34 yaşlı Han Von Sok imtahanın hər iki mərhələsində kiçik kamera, mobil telefon və süni intellektdən istifadə edərək köçürdüyünü etiraf edib.
O, kamera vasitəsilə sualların şəklini çəkərək süni intellektə göndərdiyini, daha sonra cavabları mobil telefonunda yoxladığını bildirib.
Han imtahanın birinci mərhələsində 400 baldan 397,5 bal toplayaraq 160 sualdan yalnız birinə səhv cavab verib. Onun bu nəticəsi digər namizədlər arasında şübhələrə səbəb olub.
Namizəd əvvəlcə ittihamları rədd etsə də, sonradan vəkilinin YouTube kanalında yayımlanan videoda köçürdüyünü etiraf edərək digər iştirakçılardan üzr istəyib.
Hadisədən sonra Cənubi Koreyanın müvafiq qurumları araşdırmaya başlayıb. Hökumət imtahanda saxtakarlıq etdiyi müəyyən edilən şəxslərin imtahan nəticələrinin ləğv ediləcəyini və beş il ərzində yenidən imtahanda iştirak edə bilməyəcəklərini açıqlayıb.
Han bu addımı pul qazanmaq və valideynlərini yenidən qürurlandırmaq istədiyi üçün atdığını bildirib.
Zəhra Məlikova
