Böyük Britaniyanın Baş naziri Endi Börnham Brexit-in ölkəyə gözlənilən faydanı vermədiyini və nəticədə ölkənin qazandığından daha çox itirdiyini bəyan edəcək.

24media.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnham bazar ertəsi Lord Merinin ziyafətində çıxış edərək Brexit razılaşmasını “İmperatorun yeni paltarı” nağılı ilə müqayisə edib. O, sərt Brexit siyasətinin biznes üçün əlavə maneələr yaratdığını və “nəzarəti geri qaytarmaq” vədinin yerinə yetirilmədiyini bildirib.
Baş nazir cümə günü keçiriləcək Böyük Britaniya-Aİ sammitində ərzaq ticarəti, enerji və gənclərin mobilliyi sahələrində yeni razılaşmaların əldə olunmasını hədəflədiyini açıqlayıb. Bu təşəbbüslərin məqsədi tərəflər arasında münasibətləri yaxşılaşdırmaqdır.
Börnham mümkün razılaşmalar üçün üç əsas şərt irəli sürüb. Onun sözlərinə görə, yeni razılaşmalar Leyboristlər Partiyasının 2024-cü il seçki proqramına uyğun olmalı, insanların gündəlik həyatında real dəyişiklik yaratmalı və Brexit razılaşmasını yaxşılaşdırmalıdır.
Bununla belə, Baş nazir növbəti ümumi seçkilərədək Böyük Britaniyanın Aİ ilə münasibətlərində köklü dəyişikliklərin edilməsini istisna edib.
Mühafizəkarlar Partiyası Leyboristləri ölkəni “arxa qapıdan” Avropa İttifaqına yaxınlaşdırmaqda ittiham edib. Liberal Demokratlar daha sıx iqtisadi inteqrasiyanı dəstəkləyib, Reform UK isə bu addımların Britaniyanın müstəqil ticarət siyasətinə mənfi təsir göstərə biləcəyini bildirib.
Qeyd edək ki, Böyük Britaniya və Aİ arasında ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tətbiq edilən Brexits sonrası yoxlamaların aradan qaldırılması ilə bağlı ilkin razılaşma layihəsi hazırlanıb. Emissiya ticarəti və gənclərin səyahət və iş imkanları ilə bağlı təkliflər də müzakirə olunur.
Zəhra Məlikova
