ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə APEC sammiti çərçivəsində, imkan yaranacağı təqdirdə, ayrıca görüş keçirməyə hazır olduğunu bildirib. RİA Novosti-nin məlumatına görə, Tramp bu fikri əsas danışıqlardan əvvəl Putinlə ayrıca dialoq aparmağın mümkünlüyü barədə verilən suala cavabında səsləndirib.
Donald Tramp
24media.az News.ru-ya istinadən xəbər verir ki, Tramp Putinlə ayrıca görüş keçirməyin mümkünlüyü ilə bağlı suala cavabında “Bilmirəm, amma imkanım olsaydı, bunu edərdim” deyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl Putin, Tramp və Çin Prezidenti Si Cinpinin APEC sammiti çərçivəsində Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirə biləcəklərini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə üçtərəfli görüşdə Avropa sanksiyalarının müzakirə olunmayacağını deyib. Onun sözlərinə görə, liderlərin danışıqları zamanı sanksiya məhdudiyyətlərinin gündəmə gətirilməsi ehtimalı azdır.
Peskov həmçinin Kremlin Trampın Rusiyanın Ukraynaya qarşı daha sərt mövqe tuta biləcəyi ilə bağlı qiymətləndirməsi ilə razılaşdığını bildirib.
Əli Balayev
