Türkiyə COP31 İqlim Sammitinə ev sahibliyi etməklə milyardlarla dollarlıq investisiya razılaşmaları əldə edib. Bununla belə, ölkələr arasında iqlim dəyişikliyi ilə mübarizə üzrə razılıq əldə etmək çətinləşib.
24media.az Reuters-ə istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən COP31 İqlim Sammiti çərçivəsində 26 milyard dollardan artıq investisiya razılaşması və planı əldə olunub.
Bu investisiyaların böyük hissəsi bərpaolunan enerji və iqlim layihələrinə yönəldiləcək. Çinlə 15 milyard dollarlıq ilkin bərpaolunan enerji razılaşması əldə edilib. Bundan başqa, inkişaf bankları tərəfindən 5,1 milyard dollar maliyyələşdirmə nəzərdə tutulub.
Sammitdə əldə olunan iqtisadi nəticələrə baxmayaraq, qlobal istiləşmə ilə mübarizə məsələsində ölkələr arasında fikir ayrılıqları qalmaqdadır. Xüsusilə, həssas ölkələrə iqlim maliyyəsinin ayrılması ilə bağlı müzakirələr davam edir.
Bundan əlavə, sammitin son sənədinin ilkin layihəsindən fosil yanacaqlardan istifadənin mərhələli azaldılması ilə bağlı müddəalar çıxarılıb. Bu isə iqlim fəallarının və bəzi nümayəndələrin narazılığına səbəb olub.
Sammitin noyabrın 20-də başa çatması planlaşdırılsa da, danışıqların nəzərdə tutulan müddətdən artıq davam edə biləcəyi bildirilir.
Piranə Seyran
