İspaniyanın “Real Madrid” klubu belçikalı qapıçı Tibo Kurtua ilə müqavilənin müddətini uzadıb.
24media.az Reuters-ə istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, 34 yaşlı qapıçı 2028-ci ilin iyun ayınadək Madrid təmsilçisində çıxış edəcək.
2018-ci ildə İngiltərənin “Çelsi” klubundan “Real Madrid”ə transfer olunan Kurtua komandanın əsas oyunçularından birinə çevrilib.
O, Madrid klubu ilə üç dəfə İspaniya çempionu olub və iki dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Kurtua indiyədək “Real Madrid”in heyətində bütün turnirlərdə 348 oyun keçirib və 133 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Piranə Seyran
