Bu gün:

Panik atak nədir?



Panik atak, heç bir real təhlükə və ya görünən səbəb olmasa da, ciddi fiziki simptomlarla özünü göstərən güclü qorxu hücumudur. Panik atak anı o qədər qorxulu olur ki, insan infarkt keçirdiyini və ya öləcəyini düşünə bilər. Bir çox insan həyatında bir və ya iki dəfə panik atak keçirə bilər. Ancaq panik ataklar davamlı olaraq təkrarlanırsa, panik atak pozğunluğundan bəhs edilir.

Panik pozğunluğu və panik atak psixiatriyada ən çox rast gəlinən problemlərdəndir. Panik pozğunluğu təkrarlanan və gözlənilməz panik ataklarla xarakterizə olunur. Psixi pozğunluqların diaqnostik və statistik təlimatına (DSM) görə, bu, qəfil başlayan və dəqiqələr ərzində pik həddə çatan güclü qorxu və narahatlıq hissi olaraq təyin olunur.

 Ürək döyüntüsü, təngnəfəslik, tərləmə, titrəmə, nəfəs darlığı, döş qəfəsində ağrı, döş qəfəsində təzyiq hissi, ürəkbulanma, qarın ağrısı, başgicəllənmə, huşunu itirmə hissi, başgicəllənmə, özünü və ətraf mühiti fərqli qəbul etmək, dəli olmaq hissi, qorxu, ölüm, uyuşma, titrəmə və ya isti flaşlar panik atak zamanı baş verə biləcək bu fiziki simptomlara misaldır.

Panik atak həyat üçün təhlükəli bir vəziyyət olmasa da, olduqca qorxulu ola bilər və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Unudulmamalıdır ki, əlamətlər aşkar edilərək müvafiq müalicə aparılmaqla idarə oluna bilən bir xəstəlikdir.

Panik ataklara nə səbəb olur?

Panik atakların səbəbləri mürəkkəb və müxtəlif ola bilər. Onlar adətən bioloji, genetik, ekoloji və psixoloji amillərin birləşməsi nəticəsində baş verir. Genetik meyl, ailə tarixi, stresli həyat hadisələri, travmalar, narahatlıq pozğunluqları və maddə asılılığı kimi faktorlar panik atak riskini artıra bilər. Bundan əlavə, beyindəki kimyəvi balanssızlıqlar, xüsusilə serotonin və norepinefrin kimi nörotransmitterlərin tənzimlənməsinin pozulması panik atakların meydana gəlməsinə kömək edə bilər. Bununla belə, hər panik atak üçün xüsusi bir səbəb tapıla bilməz və hər bir fərdin fərqli tetikleyiciləri ola bilər.

Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et