Tesla şirkətinin elektriklə işləyən idman avtomobili Roadster-in yeni versiyası Texasda təqdim olunub. İddialara görə, xüsusi mühərriklərlə təchiz edilmiş avtomobil havada qalxa və havada dönə bilir.

Uçan Tesla avtomobili
24media.az BBC newsa istinadən bildirir ki, “Bu axşam inanılmaz şeylər görəcəksiniz”, — şirkətin baş direktoru İlon Mask SpaceX şirkətinə məxsus müəssisədə avtomobili təqdim edərkən bildirib. Modelin hazırlanmasında Maskın SpaceX şirkəti də iştirak edib.
Mask avtomobilin süni intellekt tərəfindən yaradılmadığını sübut etmək üçün tamaşaçıların iştirakının vacib olduğunu deyib. Daha sonra Roadster-in dik rampadan yuxarı qalxaraq havaya sıçraması, havada fırlanması və hava axınları vasitəsilə yerə enməsi nümayiş etdirilib.
Lakin BBC-nin texnologiya redaktoru Zoe Kleinmanın izah etdiyi kimi, uçan avtomobilləri yaxın zamanda yollarımızda görməyimizin real olmadığını göstərən bir neçə səbəb var.
Banuçiçək Qurbanova
