Bu gün:

Qvineya-Bisau yeni doğulmuş körpələr üzərində peyvənd sınağına icazə vermədiyini bildirib


Qvineya-Bisaunun səhiyyə naziri Kvinhin Nantote ölkənin yeni doğulmuş körpələr üzərində hepatit B peyvəndi ilə bağlı mübahisəli tədqiqata icazə vermədiyini açıqlayıb.


24media.az The Guardian.az-a istinadən xəbər verir ki, ABŞ hökuməti və özəl fondların maliyyələşdirməsi nəzərdə tutulan tədqiqat çərçivəsində 14 min körpənin iştirak etməsi, onların yarısına doğuş zamanı peyvənd vurulmaması və immunizasiyanın altı həftə gecikdirilməsi planlaşdırılırıb.

Layihə etik normalara uyğunluğu ilə bağlı tənqidlərə səbəb olub. Mütəxəssislər tədqiqatın yeni doğulmuş körpələrin sağlamlığı üçün risklər yarada biləcəyini bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı isə ölkədə bütün körpələrin doğuş zamanı hepatit B peyvəndi ilə təmin olunmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

Qvineya-Bisau rəsmiləri tədqiqatın təsdiqlənmədiyini vurğulayıblar. Layihənin ABŞ tərəfindən maliyyələşdirilməsinin davam edib-etməyəcəyi isə hələlik məlum deyil.

Aydan Xudayarova


Paylaş
Şərh əlavə et