Bu gün:

Depressiya nədir?



Depressiya (əsas depressiv pozğunluq) ümumi və ciddi, lakin müalicə oluna bilən tibbi xəstəlikdir və necə hiss etdiyinizə, necə düşündüyünüzə və necə davrandığınıza mənfi təsir göstərir. Depressiya daim kədərlənməyə və xoş vəziyyətlərdən həzz almamağa səbəb olur. Depressiya müxtəlif emosional və fiziki simptomlara səbəb ola bilər. Depressiyadan əziyyət çəkən insanların evdə və işdə tapşırıqları yerinə yetirmək qabiliyyəti azalır.

Depressiyanın əlamətləri hansılardır?

Kədərli hadisələrlə qarşılaşdıqda kədərlənmək normaldır. Depressiyanın kədərlənməkdən fərqli ölçüləri var. Buna görə depressiya və kədəri qarışdırmaq olmaz. Depressiyanın əsas əlamətləri:

Hər an kədərlənmək

Gündəlik fəaliyyətlərə maraq və həzzin itirilməsi

İştah dəyişiklikləri: həddindən artıq yemək və ya iştahsızlıq

Yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya həddindən artıq yuxu

Hər zaman yorğunluq hissi

Danışıqda və hərəkətlərdə yavaşlıq

Özünü dəyərsiz və günahkar hiss etmək

Konsentrasiya itkisi, qərar verməkdə çətinlik

İntihar meylləri

Depressiya diaqnozunun qoyulması üçün yuxarıda göstərilən simptomlar ən azı iki həftə davam etməlidir. Depressiya uşaqlıqdan qocalığa qədər hər yaşda baş verə bilər. Qadınlarda daha çox rast gəlinir. Bir dəfə depressiyaya düşmüş insanların sonrakı həyatlarında təkrar depressiyaya düşmə şansı var.

Depressiyanın səbəbləri nələrdir?

Depressiyanın tək bir səbəbi yoxdur. Psixoloji, bioloji və sosial amillərin hər biri depressiyaya səbəb ola bilər.

Depressiya üçün risk faktorları varmı?

Valideynlərin erkən itkisi, sevilən birindən ayrılması və ya ölümü, qadın olması, aşağı sosial-iqtisadi səviyyə, iş itkisi, alkoqol və ya maddə istifadəsi, boşanma, pis və travmatik uşaqlıq, əvvəlki depressiya, ailədə depressiyanın olması, bəzi dərmanlar , hormonal dəyişikliklər və bəzi xəstəliklər depressiya üçün əsas risk faktorlarıdır.

Depressiya diaqnozu necə qoyulur?

Depressiya psixiatriyada yaxşı müəyyən edilmiş və təsnif edilmiş bir xəstəlikdir. Həkimlərin istifadə etdiyi depressiya testi də var.

 Depressiyadan qurtulmağın yolları hansılardır?

Yuxarıda sadalanan bəzi simptomlar ən azı iki həftə davam edərsə, psixiatrla məsləhətləşmək lazımdır. Depressiyanın müalicəsində dərmanlarla yanaşı psixoterapiya da tətbiq edilir. Ailənin dəstəyi son dərəcə vacibdir.

Mənbə: medicalpark

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et