Bu gün:

"Səyyar vergi yoxlaması keçirilən zaman..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbəri Şahin Məmmədovdur. O, səyyar vergi yoxlamasından danışıb.

Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı hallarda cəlb edilir?

Səyyar vergi yoxlaması illik təqdim edilən tədiyyə növləri, yəni mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər tədiyyə növləri üzrə isə həmin yoxlamanın həyata keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Səyyar vergi yoxlaması zamanı vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə aid olmayan məsələlərin izah olunması üçün xüsusi bilik və təcrübə tələb olunur. Ortaya çıxan məsələlərin xüsusi biliklərə əsaslanaraq izahı üçün vergi orqanlarının vəzifəli şəxslərinin qərarına əsasən ekspertiza təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. Vergi orqanlarının vəzifəli şəxslərinin qərarına əsasən ekspertlər aşağıdakı işləri yerinə yetirirlər:

- kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin tələblərinə uyğun olaraq), əmtəənin, məhsulun kəmiyyət və keyfiyyətinin ekspertizası;

- əmtəə və nəqliyyat vasitələrinin identifikasiyası;

- əmtəənin mənşə ölkəsinin müəyyən edilməsi;

- yükün, o cümlədən sığorta edilmiş yükün vəziyyətinin ekspertizası;

- keyfiyyətin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin dəyər ifadəsi və ya sığorta hadisəsinin başlanması zamanı faktiki kəmiyyəti;

- daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi;

- alğı-satqı, girov, səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi;

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Ekspertlə müqayisədə mütəxəssis xüsusi biliklərlə yanaşı, bu sahədə müəyyən təcrübəyə malik olmalıdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et