Bu gün:

Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir


Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti görüş keçirilib. Tərəflər mövcud əlaqələri və gələcək imkanları müzakirə ediblər.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev BƏƏ-nin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə innovativ texnologiyalar və rəqəmsal həllərin tətbiqi məsələləri diqqət mərkəzində olub.

Tərəflər tibbi xidmətlərin keyfiyyətinin artırılması, kadr hazırlığı və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün sonunda əlaqələrin daha da dərinləşdirilməsi üçün qarşılıqlı razılıq əldə olunub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et