Milli Məclisdə Əmək Məcəlləsi və gender bərabərliyi ilə bağlı qanunvericiliyə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Yeni dəyişikliklər əməkhaqqında gender bərabərliyinin gücləndirilməsinə yönəlib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihəyə əsasən, kişi və qadınlara yalnız eyni və oxşar işlərə görə deyil, bərabər dəyərli əməyə görə də eyni əməkhaqqı ödənilməsi təmin olunacaq. Bununla işəgötürənlərin bu sahədə öhdəlikləri daha da konkretləşdirilir.
Qanun dəyişiklikləri əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınmasına və beynəlxalq öhdəliklərə uyğun hüquqi mexanizmlərin tətbiqinə xidmət edir.
Arzu Qafarova
