Bu gün:

NİİM sürücülərə işıqforla bağlı xəbərdarlıq edib


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. Müraciətdə əsas diqqət işıqfor siqnallarına əməl edilməsinin vacibliyinə yönəldilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəzi yol-nəqliyyat hadisələri sürücülərin tələsməsi, yaşıl işıq tam yanmadan və ya sarı işıqda hərəkətə başlaması səbəbindən baş verir. Qurum bildirib ki, qırmızı və yanıb-sönən işıq hərəkəti qadağan edir, sarı işıq isə siqnalın dəyişəcəyini xəbər verir.

NİİM sürücülərə yalnız yaşıl işıq siqnalı yandıqdan sonra hərəkət etməyi tövsiyə edib. Qeyd olunub ki, işıqfor siqnallarına riayət etmək qanunvericiliyin tələbidir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et