Türkiyənin İstanbul şəhərində 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi fəaliyyətə başlayıb. Tədbirdə Azərbaycan da geniş heyətlə təmsil olunur.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə 120-dən artıq ölkənin iştirakı gözlənilir və 1700-dən çox şirkət öz məhsullarını nümayiş etdirir. Azərbaycanı müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sərgidə “Azərsilah” Holdinqinə məxsus 75 adda müdafiə təyinatlı məhsul sərgilənir. “SAHA 2026” çərçivəsində Azərbaycan nümayəndələrinin müxtəlif ölkələrin rəsmiləri və şirkət rəhbərləri ilə görüşləri də planlaşdırılır.
Arzu Qafarova
