Bu gün:

Tottenhem Roberto De Zerbi ilə yüksəlişə keçib


Tottenhem yeni baş məşqçisi Roberto De Zerbi ilə yaxşı nəticələr göstərməyə başlayıb. Bu mövsüm Premyer Liqada aşağı liqaya düşməmək uğrunda mübarizə aparan Londan klubu, səfərdə çempionatın 5-cisi Aston Villanı 2-1 hesabı ilə məğlub edib və təhlükəli zonadan uzaqlaşıb.

Tottenhem nəhayət axtardığı baş məşqçini tapıb kimi görünür. Keçən il UEFA Avropa Liqasını qazanıb, lakin bu mövsüm çətin günlər keçirən London təmsilçisi Roberto De Zerbi ilə canlanıb.


Tottenhem italiyalı mütəxəssislə keçirdiyi 4 oyunda 7 xal toplayıb və təhlükəli zonadan çıxıb.


46 yaşlı məşqçinin ilk oyununda Tottenhem səfərdə Sanderlenda 1-0 hesabı ilə uduzub. Daha sonra öz meydanında Braytonla 2-2 bərabərə qalıb.


“Ağ zanbaqlar” daha sonra aşağı liqaya düşməsi artıq dəqiqləşən Vulverhemptonu səfərdə 1-0 hesabı ilə məğlub edib və 15 həftəlik qələbə həsrətinə son qoyub.


Ağ-göylər son turda isə Premyer Liqanın beşincisi Aston Villanı səfərdə 2-1 hesabı ilə məğlub edərək böyük sevinc yaşayıb.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et