Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli təlimi çərçivəsində hazırlıq məşqləri davam edir. Təlimdə Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edirlər.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, təlim planına uyğun olaraq iştirakçılar müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqlar yerinə yetirirlər. Şərti düşmənin hücumlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralıların təxliyəsi, eləcə də tunel və bunker şəraitində döyüş əməliyyatları icra olunur.

Məlumata görə, təlim zamanı top, minaatan və pilotsuz uçuş aparatlarından istifadə edilir. Azərbaycan hərbçiləri tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.
Arzu Qafarova
