Bu gün:

Sabahın hava proqnozu açıqlanıb


Azərbaycanda mayın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, bəzi bölgələrdə isə qısamüddətli yağıntı gözlənilir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu keçəcək, gecə və səhər bəzi ərazilərdə zəif yağış və duman ehtimalı var. Paytaxtda temperatur gecə 9-12, gündüz 15-19 dərəcə isti olacaq.

Rayonlarda əsasən yağmursuz hava gözlənsə də, dağlıq və dağətəyi ərazilərdə yağış, şimşək və dolu ehtimalı var. Havanın temperaturu bölgələr üzrə gündüz saatlarında 19-24 dərəcə isti təşkil edəcək.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et