Bu gün:

Alimlər beyinlə əlaqə qura bilən süni sinir neyronu hazırlayıblar


Northwestern Universitetinin mühəndisləri beyin hüceyrələri ilə birbaşa əlaqə qura bilən süni neyronlar hazırlayıblar. Bu texnologiya canlı sinir hüceyrələrinə bənzər elektrik siqnalları yaradıb. Araşdırma müasir elmdə böyük yenilik kimi qiymətləndirilib.

Yeni süni neyronlar elastik materiallardan hazırlanaraq real beyin toxuması ilə uyğun işləyə bilir. Təcrübələr göstərib ki, bu hüceyrələr canlı neyronları uğurla stimullaşdırıb. Bundan əlavə, texnologiya enerji baxımından daha səmərəli sistemlərin yaradılmasına imkan verib. Bu ixtira gələcəkdə neyroprotezlərin inkişafına mühüm töhfə verə bilər. İnsanların görmə, eşitmə və hərəkət qabiliyyətinin bərpası üçün yeni imkanlar açılıb. Ümumilikdə, bu texnologiya həm tibb, həm də süni intellekt sahəsində böyük perspektivlər yaradıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et