Tendon nədir?
Hərəkət etməyimizi təmin edən vətərlər, əzələlərin istehsal etdiyi gücü sümüklərə ötürən quruluşlar olaraq təyin olunur. Tendonlar həmçinin əzələləri sümüklərə bağlayan sərt liflər kimi təsvir edilə bilər. Məsələn, Axilles tendonu dana əzələsini daban sümüyü ilə birləşdirməkdən məsuldur. Sağlam vətər, sağlam şəkildə hərəkət edə bilmək üçün ən vacib amillərdən biridir.
Tendon zədələri nədir?
Ən çox tendon zədələnmələri dirsək, diz, ayaq biləyi, çiyin kimi oynaqların ətrafında baş verir. Tendon zədələnməsi birdən baş verə bilər və ya vətər strukturunda kiçik yırtıqlar nəticəsində zamanla arta bilər. Vətərlərin səbəb olduğu funksiya itkisinin səbəbləri fərqli adlandırılsa da, ümumi "tendinopatiya" termini tez-tez həm mikro yırtıqları, həm də iltihabı əhatə edən bir nomenklatura kimi istifadə olunur. Ancaq, uzun illərdir ki, bir çox vətər problemləri "tendonit" adlanır və vətər zədələri ümumiyyətlə bu adla adlandırılır.
Fleksor tendon zədələri nədir?
Barmaqların içəriyə doğru əyilməsini təmin edən fleksor əzələlər, qolun ortasında ön qoldan və ya dirsəkdən başlayaraq vətərə çevrilir və barmaq ucları boyunca uzanır. Fleksor tendon zədələri əl, bilək, barmaqlar və ön koldakı kəsiklərdən sonra baş verə bilər. Fleksor vətərləri quruluşuna görə damar sinirləri ilə bir-birinə çox yaxındır. Buna görə də, əlin daxili səthinin mümkün zədələnmələrində, sinir və damar strukturlarının, eləcə də əyilmə tendonlarının zədələnməsi mümkündür. Fleksor vətərində kəsik meydana gəldikdə, xəstələr barmaqlarını əymək iqtidarında deyillər. Əgər, tendon tamamilə kəsilməmişsə, xəstə barmağını bükə bilər. Ancaq, bu vəziyyətdə ağrı hiss etmək mümkündür. Əgər, natamam vətər kəsikləri müalicə olunmazsa, zamanla vətər kəsilmiş sahədən ayrıla bilər. Vətər kəsiklərinin müalicəsi gecikirsə, vətərin yerləşdiyi əzələnin çəkilməsi səbəbindən vətər ucları bir-birindən uzaqlaşır, uzunluğu qısalır və vətər uclarını yenidən birləşdirmək çox çətin ola bilər.
Mənbə: Denizli cerrahi hastanesi
Tərcümə etdi: Aynur Mikayılova
