Bu gün:

Qəlb emojilərinin mənaları




Sosial mediada və ya mobil telefonlarda tez-tez istifadə etdiyimiz ürək emojilərinin nə demək olduğunu heç düşünmüsünüzmü? 

Bəzən özümüzlə eyniləşdirdiyimiz, bəzən də imzamıza çevirdiyimiz o rəngli emoji ürəklərin çox xüsusi mənaları var. Yazı ilə özümüzü ifadə etdiyimiz zaman üz emojiləri xilaskarlarımız ikən, onların yanına qoyduğumuz o balaca ürəklər nə demək istəyir, gəlin hamısını birlikdə öyrənək:

Ürək Emojiləri 

Qırmızı Ürək: Bu, dünyada ən çox istifadə edilən sevgi emojisidir. Saf hissləri, sevgini və romantikanı təmsil edir. Çox yaxın dostlar, qeyri-müəyyən hisslər, sevgili və sevgi olan yerdə istifadə olunur.        

Tünd Qırmızı Ürək: Sevgi, ehtiras və ehtiras ehtiva edən iddialı bir ürəkdir. Bunu hər kəsə atmaq olmaz. O, sevginin yüksək nisbətini ehtiva edir və sevgilinin ürəyidir.

🧡Narıncı Ürək: Sevgini təmsil edir. Buna zərərsiz emoji də deyilir. Həm də müsbət elektrik alıb səbəbsiz sevdiklərimiz üçün istifadə olunur. O, ilahi də daxil olmaqla hər cür sevgini ehtiva edir. Adətən, ailə və dostluq münasibətləri üçündür.  

💚Yaşıl Ürək: Hüzuru, təbiətlə təmasda yaşamağın sevincini ifadə edir. Mənbəsini təbiətdən götürənlərin, cavan qalanların, təbiətlə harmoniyada həyat tərzinu seçənlərin də emojisidir.

💜Bənövşəyi Ürək: Sevgini, dəstəyi, bağlılığı təmsil edir. Bu, yaradıcılıq, heyranlıq, mənəviyyat və empatiya əlamətidir. Adətən, qadınlar bir-birini göndərirlər və ən fərqli xüsusiyyəti həmrəylik əlaməti olmasıdır.      

💙Mavi Ürək: Azad ruhları təmsil edir. Adı qoyulmayan və ya hələ mənalandırılmamış münasibətlərin emojisidir. Daha çox xoşlanma ilə platonik hisslər içərisində qalanlar üçündür. Bu ürək olan yerdə inam əvəzinə qeyri-müəyyənlik vardır. Onun istifadəsi hər iki cins üçün uyğundur.

💛Sarı Ürək: Günəşə bənzəyən bu emoji həyatın sevincini və xoşbəxtliklə harmoniyanı təmsil edir. Sarının dincliyi ilə qarşı tərəfə güvən hissi verir. Onun istifadəsi köhnə dostlar və dostluqlar üçün uyğundur.

🤎Qəhvəyi Ürək: Şokoladla əlaqələndirilir və hər mənada şirinliyi və xoşbəxtliyi təmsil edir. İnsanın sevgi və həyatı şokolad dadı ilə qəbul etdiyinə, təbiətlə və ətrafı ilə harmoniyaya düşdüyünə, etibarlı bağlar içində olduğuna işarə edir. Cinsindən asılı olmayaraq hər kəsə göndərilə bilər.

🤍Ağ Ürək: Saflığı, sevgini, təmizliyi və sədaqəti təmsil edir. Güvən və səmimiyyəti ehtiva etsə də, qəlb bağına diqqət çəkir. Təvazökarlığı, məsumluğu və mehribanlığı ehtiva etdiyi üçün yalnız xüsusi hesab edilən insanlara göndərilir. 

🖤Qara Ürək: Bu ürək adı kimi qara duyğuların emojisidir. Üzüntü, kədər, hüzn kimi təsviri çətin olan hissləri ifadə edir. Emosional çöküşü və ya demoralizasiyanı əhatə edir. Daha çox sevgi acısı, ayrılıq, yas kimi vəziyyətlərdə istifadə olunur. Bu emojidən istifadə edənlərin isə empatik sükuta ehtiyacı vardır.      

💕Qoşa Çəhrayı Ürək: Mövcud olub-olmamasından asılı olmayaraq bütün könül münasibətlərinə aid edilir. "Qəlbim sənə aiddir" deməyin ən şirin yoludur. Eyni zamanda qadınlar arasında birik, eyniyik demək üçün də istifadə olunur. Sevgini təmsil etdiyi üçün hər iki cinsə də uyğundur.     

💞Dönən ürəklər: Fırlanan ürəklər sevgini ifadə edir. Sevginin insanlara verdiyi başgicəlləndirici hissi təmsil edir. Həmçinin, bu emoji "Aşiqəm" deməyin ən şirin yoludur. 

💖Parlaq Ürək: Həyəcan, səbirsizlik, arzu və xoşbəxtliyi ifadə edir. İstifadəsi hər kəs üçün uyğundur. 

💔Qırılmış Ürək: Sevginin bitişini, boşanmanı, kədəri və ayrılığın sonunu təmsil edir. O, yarı yolda qalmağı ifadə etdiyi üçün yarım qalmağın emojisidir. 

Nidalı Ürək: Bu emoji "Qəlbim doludur" deməkdir. Sevgiliyə "Qəlbimdəsən" mənasında da işlənir. Həm də ürəkdən gələn mesaj deməkdir. 

💟Bənövşəyi Çərçivəli Ağ Ürək: Sevgi düyməsi kimi tanınır. "Aşiq oldum" , "Həyatımda biri var" demək üçün istifa olunur. Sadiqliyi və ürək bağını təmsil edir.

❤‍🔥Alovlu Ürək: Bu, sevgi və hormonların emojisidir. Yüksək səviyyədə ehtiras və libido ehtiva edir.

❤‍🩹Bağlanmış Ürək: sağalmanı təmsil edir. Ürək qırıqlığı, kədər və ağrının sağalma prosesində olduğunu söyləyir. Təmir altında və ya "Keçmiş olsun" kimi mənaları da var. 

💓Döyünən qəlb: Sevgi vaxtı kimi tanınır. Adətən ürəyin ritmini dəyişənə göndərilir. Qadınlar bunu öz aralarında sevgi emojisi kimi də istifadə edirlər.

Mənbə: Martı dərgisi

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et