İntibah dövrünün rəsmlərindən sonra yaranan genetik xəstəlik: "Cənnətə baxan gözlər!"
1931-ci ildə Dr. U.A. Cons ailə həkimi idi. Ailənin üç övladının xarici görkəmindəki fərq onun diqqətini çəkib. Uşaqların yanaqları və çənələri çox dolu idi, gözləri yuxarı baxırdı, irislərinin altından skleraları görünürdü. Uşaqların başının rentgenoqrafiyasını çəkən Cons onların çənə sümüklərində çoxlu ikitərəfli kistaların olduğunu görüb. Bu, əvvəllər gördüyü zədələrdən fərqli idi.
Həkim bu maraqlı obrazı ilk dəfə İntibah dövrü rəsmlərində, daha sonra isə heykəltəraşlıqda istifadə olunan “kerub” motivinə bənzədib və xəstəlik belə adlandırılıb. "Kerub" göyə baxdığına inanılan yağlı yanaqları, qanadları və gözləri olan körpə mələk motividir.
Dr. Cons ilk xəstələrini illər boyu izlədi və uşaqlar 15-16 yaşında olanda normal üz ölçüsünə, formasına sahib ola bilmələri üçün plastik əməliyyat keçirdilər.
Mənbə: Evrimağacıofficial
Tərcümə edən: Günay Məmmədova
