BMT-nin COP31 iqlim sammiti noyabrın 22-də ölkələrin əsas iqlim məsələləri üzrə razılığa gələ bilməməsi səbəbindən yekunlaşıb.

24media.az BBC News-a istinadən xəbər verir ki, təxminən 200 ölkənin iştirak etdiyi sammitdə əsas fikir ayrılığı qalıq yanacaqlardan, xüsusilə neft, qaz və kömürdən istifadənin azaldılması ilə bağlı yaranıb. Avropa İttifaqı bu istiqamətdə daha konkret öhdəliklərin qəbul edilməsini dəstəkləsə də, bir sıra ölkələr bu öhdəliklərin yekun sənəddə əks olunmasına qarşı çıxıb.
Mütəxəssislərin fikrincə, ölkələr arasında razılığın əldə olunmaması qlobal istiləşmə ilə mübarizəni və iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılmasını çətinləşdirə bilər.
Emiliya Vəlicanova
