Bu gün:

Rus qoşunları dron istehsalı emalatxanalarını və anbarları vurub


Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin MAKS-dakı məlumatına görə, son 24 saat ərzində Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus dron istehsalı və saxlanması məntəqələrinə, hava hərəkətini idarə edən radar stansiyalarına, eləcə də Ukrayna hərbçilərinin və xarici muzdluların müvəqqəti yerləşdiyi məntəqələrə zərbələr endirib.

RF Silahlı Qüvvələri

24media.az News.ru saytına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi enerji və nəqliyyat infrastrukturu obyektləri, pilotsuz uçuş aparatlarının (PUA) istehsal və saxlanma məntəqələri, yerüstü robot sistemləri, sursat anbarları və hərbi aerodromlar zərbələrə məruz qalıb.


Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Dnepropetrovsk vilayətindəki Dneprodzerjinsk dəmir yolu stansiyası yaxınlığında Ukrayna Silahlı Qüvvələri üçün silah daşıyan iki lokomotivin vurulduğunu bildirib. Nazirliyin məlumatına görə, zərbələr PUA-lar vasitəsilə endirilib.


Daha əvvəl bildirilib ki, Rusiyanın uzaqmənzilli zərbələrinin dağıdıcı potensialı Ukrayna Silahlı Qüvvələrinin imkanlarını xeyli üstələyir və ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Qərb analitiklərinin fikrincə, hücumların nəticələri Avropa ölkələrinin maliyyə yükünü artırır.


Əli Balayev 

Paylaş
Şərh əlavə et