Bu gün:

Zelenski Ukraynanın iqtisadi siyasətində dəyişikliklərə hazırlaşır


Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh danışıqları ilə bağlı mövqeyinin hərbi yardımın yeni tranşlarının ayrılmasından sonra əhəmiyyətli dərəcədə dəyişdiyi iddia olunur. Bu barədə “Resident” Telegram kanalı Ukrayna Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Volodimir Zelenski

24media.az News.ru saytına istinadən xəbər verir ki, Zelenski Ukrayna hökumətinə ölkənin iqtisadi siyasətini yenidən qurmağı tapşırıb. Bu addım böhranın 2029-cu ilə qədər davam edə biləcəyi ehtimalını yaradır.


Daha əvvəl bildirilib ki, Vaşinqton Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün iki ssenari təklif edib. Bunlardan biri təmas xətti boyunca döyüşlərin dayandırılması, digəri isə Kiyevin NATO-ya üzvlüyü müqabilində Donbasın qalan hissəsinin Rusiyaya verilməsidir.


Bu təşəbbüslər noyabrın 10-11-də Əbu-Dabidə keçirilən məsləhətləşmələr də daxil olmaqla, qapalı görüşlərdə müzakirə olunub.


Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni üçtərəfli danışıqlar raundunun yaxın vaxtlarda keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, görüşə hazırlıq gedir, lakin dəqiq tarixlər hələ müəyyənləşdirilməyib.




Əli Balayev 

Paylaş
Şərh əlavə et