Bu gün:

Zelenski: Ukrayna Liviyada Rusiya hərbi gəmisini batırıb


Ukrayna dronları Liviyanın Benqazi limanında Rusiyaya məxsus hərbi gəmiyə hücum edib. Ukrayna Prezidenti Volodimir Zelenski hücum nəticəsində Rusiyanın “Merkury” korvetinin batırıldığını açıqlayıb.

Limanda yanan gəminin peyk görüntüsü, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, hadisə bazar günü səhər saatlarında Benqazi limanında baş verib. Liviyanın şərqinə nəzarət edən hökumətin məlumatına görə, Rusiya hərbi gəmisi yanacaq və təchizat almaq üçün limana yanaşarkən gəmidə partlayış baş verib.


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əməliyyat zamanı Rusiyaya məxsus “Merkuri” korvetini batırmaq üçün Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edilib. Onun sözlərinə görə, gəmidəki “Ka-27” hərbi helikopteri də məhv edilib.


Zelenski, həmçinin Rusiyaya məxsus “MV Angara” quru yük gəmisinin də hücuma məruz qaldığını və onun silah daşınması üçün istifadə edildiyini iddia edib.


Liviyanın şərqindəki hökumət hadisəni ölkənin suverenliyinin pozulması və dəniz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Hökumət hadisənin səbəblərini və hücumun arxasında kimin dayandığını müəyyənləşdirmək üçün Rusiya ilə birgə araşdırma aparıldığını bildirib.


BMT-nin Liviyaya Dəstək Missiyası hadisə ilə bağlı ciddi narahatlığını ifadə edərək, müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb. Missiya Liviyanın xarici münaqişələrin döyüş meydanına çevrilməməli olduğunu vurğulayıb.



Zəhra Məlikova 



Paylaş
Şərh əlavə et