Bu gün:

Kaleydoskop nədir?


Kaleydoskop güzgülərin və rəngli eynəklərin birləşməsindən əmələ gələn optik alətdir. Kaleydoskop üç fərqli hissədən ibarətdir: boru, güzgü sistemləri və qapaq.

Boru: Kaleydoskopun gövdəsi boru şəklində hazırlanır. Borunun daxili səthi şüşə, kiçik kristallar, muncuqlar və ya müxtəlif rəngli çərçivələr ilə bəzədilir. Bu elementlər işığı əks etdir və sındıraraq rəngli və simmetrik formalar yaradır.


Qapaq: Kaleydoskopun yuxarı hissəsi örtük şəklində işlənib. Qapaq borunun yuxarı hissəsinə yapışdırılır, şüşəni və boru içərisindəki əşyaları qoruyur. Qapaq adətən fırlanan mexanizmə malikdir ki, istifadəçi borunu fırladaraq müxtəlif rəng və formaları görə bilsin.

Kaleydoskop necə işləyir?

Güzgü sistemləri: Bir və ya daha çox güzgü borunun aşağı hissəsində yerləşdirilir. Bu güzgülər borunun içindəki rəngli şüşə və obyektləri əks etdirməyə və sındırmağa kömək edir. Güzgülər borunun ucunda, gözünüzə yaxın yerdə birləşərək simmetrik bir forma meydana gətirirlər. Kaleydoskoplar rəngarəng və simmetrik naxışlar yaratmaqla maraqlı vizual görünüş təqdim edir və uşaqların təxəyyülünü inkşaf etdirir, yaradıcılığa təşviq edir, stressi aradan qaldırmaq, zehnini rahatlaşdırmaq üçün istifadə olunur. Bundan əlavə, bəzi insanlar kolleksiya məqsədləri üçün tarixi və ya bədii dəyəri olan kaleydoskoplar toplayır.


Mənbə: bilgi net

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et